DİRAR MƏSCİDİ

bax: MƏSCİDÜLDİRAR.
DİN
DİYƏT
OBASTAN VİKİ
Culfalar məscidi
Culfalar məscidi — XIX əsr-əsrdə Şuşanın Culfalar məhəlləsində tikdirilmişdir. Memarı Kərbəlayı Səfixan Qarabağidir. İki mərtəbəlidir. Qarabağlı Rızvan Memar Kərbalayi Səfixan Qarabaği. XIX əsrdə Şuşanın Culfalar məhəlləsində tikilmiş eyni adlı məscid də Kərbalayi Səfixanın yaradıcılıq ideyaları əsasında inşa edilmişdir. Məscidin ikinci mərtəbəsində qadınlar üçün nəzərdə tutulmuş zal və həmin zala qalxmaq üçün ayrıca quraşdırılmış pilləkən və giriş qapısı var. Baş fasadın ümumi giriş qapısı üzərinə qoyulmuş pəncərələr qadınlar bölməsini lazımi qədər işıqlandırmağa kifayət edir. Sütunsuz dörd divarla əhatə olunmuş sadə formalı memarlıq və konstruksiya həllinə malik olan ümumi ibadət zalı baş fasad və mehrab tərəfdən qoyulmuş iki pəncərə vasitəsilə işıqlanır. Məscidin dam örtüyü adi yaşayış binalarında olduğu kimi dördbucaqlıdır. Qarşısında çox da geniş olmayan meydan var.
Cümə məscidi
Cümə məscidi — müxtəlif dövlətlərdəki cümə məscidləri.
Dilbər məscidi
Dilbər məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati mərkəzində tarixi-memarlıq abidəsi. Naxçıvan memarlıq məktəbinə aid edilir. Məhəllə məscidi kimi fəaliyyət göstərmişdir. Memarlıq kompzisiyası baxımından XVII əsrə xas olan üslub və tipoloji xüsusiyyətləri özündə əks etdirmişdir. Məscidin mehrabı, şəbəkəli pəncərələri, fasadında giriş portalı var. Şəbəkə pəncərələrinin işlənməsi, baş tağın asimmetrik yerləşməsi və s. məscid binasının Ordubad xalq yaşayış evləri ilə uyğunluq təşkil etdiyini göstərir.
Dondarlı məscidi
Çöl məscidi və ya Dondarlı məscidi — Qubadlı rayonu, Dondarlı kəndi ərazisindı yerləşən Arran memarlıq məktəbi üslubunda tikilmiş məscid. Məscidin üzərində olan dörd yumru xanadakı yazılardan bəlli olur ki, dini ibadət yeri XIX əsrin ortalarında inşa edilib. Giriş qapısı üzərində olan yarım dairəvi tağbəndə ki, yazıda hicri təqvimi ilə 1281-ci il qeyd edlib. Bu da miladi tarixi ilə 1860-cı il hesab olunur. Həmcinin bu kitabədə qeyd olunur: Sahibul cəmaətul Dondarlı, yəni onun sahibi Dondarli caamatıdır. Məscidin üzərində daha bir kitabədə isə binanın hicri 1081-ci ildə tikildiyi yazılıb. Bu da miladi tarixlə 1670-ci il hesab olunur. Bu yazılarda aydın olur ki, Dondarli kənd məscidi bir dəfə uçulduqdan sonra, yenidən tikilib. Məsciddə xidmət edən nəsl şəcərəsi 1916-cı ilə kimi həmin məscid də fəaliyyətini davam etdirmişdir. Sovet hökuməti tərəfindən rerpessiya olunmuş Azərbaycanın tanınmış ziyalısı Bəhlul Əfəndi (Bəhlul Behçət) bu nəsildəndir.
Dırnıs məscidi
Dırnıs məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə küçəsində yerləşən məscid. Kənddə həcminə görə ən iri məscid olduğundan el arasında Böyük məscid adlanır. Came məscididir. Girişi qərbdəndir. Qadınlar üçün giriş şərq tərəfdəndir. Тavan 5x2=10 dirəyin üstündə dayanıb. Şərq və şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə-balkon düzəldilib. Şərq divarda 3, qərb divarda 2, cənub divarında isə 3 böyük pəncərə var. Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid hicri 1339-cu ildə (1920–21) təmir olunmuş, təmir işlərini Ordubadlı usta Həsən həyata keçirmişdir. 1999-cu ildə əhalinin vəsaiti ilə yenidən təmir olunmuş, bu zaman məscidin qərbdən giriş qapısının qarşısında balkon düzəldilmiş və minarə hörülmüşdür.
Dəmirbulaq məscidi
Dəmirbulaq məscidi və ya Hacı İmamverdi məscidi — İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində XVII–XVIII əsrlərə aid məscid. Şəhərin Dəmirbulaq məhəlləsində yerləşdiyi üçün Dəmirbulaq məscidi, məscid binasının üstündə düzəldilmiş günlüyə görə isə Günlüklü məscid adlanmışdır. Məscid İrəvan şəhərinin varlı şəxslərindən olan Hacı Müzəffər Ağa tərəfindən 1909 əsrlərdə tikdirilmişdir. 1988-ci ilə qədər fəaliyyət göstərən və şəhərin dindar müsəlmanlarına xidmət edən məscid həmin ilin fevral ayında erməni millətçiləri tərəfindən hücuma məruz qalmış, talan edilmiş və yandırılmışdır. Məscid Getar çayı üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün bəzi mənbələrdə ona Körpübulağı adı ilə rast gəlinir. İrəvanın 1856-cı il xəritəsində məscidin adı bu formada verilmişdir, lakin Mehrabovun planı ilə həmin yerdə "Dəmirbulaq məscidi" olduğu qeyd olunmuşdur. Gevond Alişanın "Ayrarat" əsərində "Qırxbulaq məscidi" kimi qeyd edilmişdir. Məscidin fotoşəkillərinə baxdıqda belə nəticəyə gəlmək olar ki, məscid tufla tikilmiş və ya üzlənmişdi. Onun ən azı üç asimmetrik günbəzi olmuşdu. Əsas və cənub günbəzləri kərpicdən hörülmüş, günbəzin yuxarısına aparan spiral pilləkənlərin kərpic çıxıntıları olmuşdu.
Dəmirçilər məscidi
Dəmirçilər məscidi – Qubadlı rayonunda yerləşən məscid. Qubadlı rayonunun Dəmirçilər kəndindəki məscidin interyerində iki sütun qoyulub. Damında isə azan verən üçün "güldəstə" quraşdırılmışdır. Dondarlı məscidindən fərqli olaraq bu məscidin interyeri üç tərəfdən qoyulmuş bir cüt pəncərələrlə yaxşı işıqlandırılır. Bu məsciddə də tavan gümbəzlə örtülüb, dam örtüyü yamaclı şəkildə tamamlanmışdır. XVIII və XIX yüzilliyin yadigarı olan Dəmirçilər məscidi də dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çatmışdır.
Fateh məscidi
Fateh məscidi (İstanbul)
Fəthiyə məscidi
Teodoks Pammakaristos Monastırı (Yunanca: Θεοτόκος ἡ Παμμακάριστος, azərb. “Həzrəti Məryəm ana”‎) və ya Fəthiyyə Məscidi İstanbulun Fateh regionunun Çarşamba ərazisində yerləşən bir məsciddir. Əslində, XIII əsrin sonlarında Bizansın tanınmışlarından biri olan Mihail Glabas Tarkaniotes tərəfindən kilsə kimi inşa edilmişdir. Konstantinopolun tutulmasından sonra 1454-cü ildən başlayaraq patriarxlıq olaraq istifadə edilmişdir. 1601-ci ildəki İran müharibələri zamanı Gürcüstan və Azərbaycanın işğalından sonra işgalın xatirəsi olaraq məscidə çevrilmişdir. Fəthiyyə məscidi məscidə çevrilərkən kilsənin apsisi dağıdılaraq qiblə istiqamətində bir mehrabla əvəzlənmiş, minarə və mədrəsə tikilmişdir. Respublika dövründə bir muzeyə çevrildi, içindəki mozaika və fresklər 1955-ci ildə Amerika Bizans İnstitutu tərəfindən tapıldı və sonradan tikilən tağ sökülmüş və əvvəlki vəziyyətinə uyğun olaraq sütunlarla əvəz edilmişdir. 1960-cı illərdə yenidən məscid kimi açılmışdır. Məscidin divarları daş və kərpic qarışığıdır. Yunan yazıları xarici divarlarda və binanın içindəki mozaikalarda müşahidə olunur.
Gileyli məscidi
Giləhli məscidi
Giləhli məscidi
Giləhli məscidi və ya Gileyli məscidi — Şəki şəhərində yerləşən, XVIII əsrdə inşa edilmiş tarixi məsciddir. Gilək məscidi 1749-cu ildə Şəki xanı Hacı Çələbi xan tərəfindən tikdirilmişdir. 1805-ci ildə həmin məscidin yerində Hacı Şəmsəddin bəy yeni məscid tikdirir. Bundan sonra məscid xalq arasında "Hacı Şəmsəddin bəy məscidi" adı ilə tanınmağa başlayır. Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Giləhli məscid də Ümumdünya İrsinə daxildir. 20-ci əsrin əvvəllərində Gilək məscidinin yaxınlığında, torpaq altından onun kitabəsi tapılıb. Sonradan kitabə məscidin yaxınlığında bulağın üstünə quraşdırılıb. 1936-cı ildə isə Ələsgərzadə bu kitabəninin foto şəkilini çəkərək, onun haqqında jurnalda yazıb.Sonralar da həmin xəbər və foto-şəkil bir neçə dəfə elmi nəşrlərdə dərc olunub.
Gövhərşad məscidi
Gövhərşad məscidi— İranın Xorasan əyalətində, Məşhəd şəhərində Teymurlular dönəminə aid məscid. Gövhərşad məscidi 1418-ci ildə İranın Xorasan əyalətində, Məşhəd şəhərində Teymurlular hökmdarı Şahrux mirzənin arvadı Gövhərşad bəyimin əmri ilə tikilmişdir. Tikintinin memarı Qəvaməddin Şirazidir. Bu tarixi bina müqəddəs hərəmin cənub tərəfində yerləşir və Darül Səyadə və Darül Hifaz tağlarına birləşir. Məscidin kaşıları Teymurlular dövrünün şah əsərləridir. Məscidin günbəz şəkilli tağları və onun xüsusi bəzəyə malik minarələri qabarıq üsulla bəzədilmiş, həmçinin divarın naxış və xətləri gips üzərində Teymurilər dövrünün ən yaxşı kaşıları bu binaya təkrarolunmaz gözəllik vermişdir. Bu qədim bina İran incəsənətinin kamil və seçilmiş nümunələrindən sayılır və qədim memarlığın bütün xüsusiyyətləri burada işlədilmişdir. Teymurlular dövrünün ən yaxşı süls xətti ustalarından olan Baysanqurun (Gövhərşadın oğlu) tarixi və gözəl kitabəsi gözəl süls xətti ilə eyvanda gözə çarpır və məscidin tarixi naxışları damara oxşayan kaşı üzərində bu kitabədə yazılmışdır. Mehrab mərmər daşından olub oyma, bəzək və kitabə ilə o dövrlərin memarlığının göstəricisidir. Eyvan mehrabının yanında yerləşən Sahibəzzaman (ə.c) minbəri qədim olması baxımından mühümdür.
Göylər məscidi
Göylər məscidi — Azərbaycanın Şamaxı rayonunun Göylər kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsi. XII-XIII əsrlərdə inşa edilən məscid Şamaxı rayon mərkəzindən 16 km cənub–qərbdə yerləşir. Üslub xüsusiyyətlərinə görə binanın tikilmə tarixi XII əsrə aid edilir. Qədim qəbristan, karvansara kompleksi və Pirmərdəkan türbəsi məscidin ətrafında yerləşir.
Gülxatun məscidi
Gülxatun məscidi — Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən məscid. Məscid Səməd Vurğun küçəsindən 100 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir. Məscid XVII əsrdə Kərbəlayi Gülxatun adlı bir varlı qadın tərəfindən inşa edilmişdir. Məscid uzun illər istifadəsiz qalmışdır. Düzbucaqlı formaya malikdir. Suvaqla üzlənən məscidin fasadı yaşıl rəngə boyanmışdır. Elədə hündür olmayan gümbəz göy rəngdədir. Məscid Hacı Məcid hamamından 50-60 metr aralıdadır.
Hadum məscidi
Hadum Məscidi (alb. Xhamia e Hadumit, serb. Хадум џамија у Ђаковици) — Kosovonun Qyakova bələdiyyəsindəki XVI əsrin (1594 ya da 1595) son on ilində Memar Sinan tərəfindən inşa edilmişdir. Binası məscidin adını açıqlayan Hadum Süleyman Əfəndi — Hadum Ağa tərəfindən maliyyəyə edildi. Məscid Ceyk Vulanın mülkiyyətində inşa edilmişdir və Köhnə Bazarda yerləşir. Düzbucaq planlı, günbəz ilə örtülmüş struktur, İslami-Kosovolu tərzdəki məscidin klassik formalarına aiddir. Məscidin ətrafında yonulmuş bəzəkləri olan türbələr köhnə Osmanlı dilində əsərlərlə bəzədilmişdir. Türbələr Qyakovadakı ən hörmətli ailələrə aid idi. Eyni zamanda bir hamamı da var idi, ancaq İkinci dünya müharibəsi əsnasında məhv edilmişdir. Girişlər, çiçəkli cədvəllər, həndəsə formalar, Qurandan sitatlar və naxışlarla örtülüdür.
Heydər məscidi
Heydər məscidi — Bakı şəhərinin Binəqədi rayonunda yerləşən, 2012–2014-cü illərdə Prezident İlham Əliyevin tapşırığı ilə tikilən məscid. Prezident İlham Əliyevin Sərəncamına əsasən 2012-ci ilin sentyabr ayında məscidin tikintisinə başlanılmışdır. 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilən məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmişdir. Məscid üzərində hündürlüyü 95 metr olan 4 minarə inşa olunmuşdur. 12.000 m² sahədə salınmış Heydər məscidinin daxili 4.200 m² sahəni əhatə edir. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılmışdır. Məsciddə eyni vaxtda 7000-ə yaxın insan ibadət edə bilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 26 dekabr 2014-cü il tarixində Heydər məscidinin açılışında iştirak etmişdir. Məscid 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilmişdir. Məscid 12.000 m² sahədə salınıb, daxili isə 4.200 m² sahəni əhatə edir.
Heydərpaşa məscidi
Heydərpaşa məscidi (yun. Χαϊντάρ-πασά τζαμί, türk. Haydarpaşa Camii) və ya əvvəlki adı ilə Müqəddəs Yekaterina kilsəsi ― Şimali Nikosiyada tarixi məscid. Məscid Lefkoşada Aya Sofiya katedralından sonra ən vacib qotik binadır. Tikili Harri Lük tərəfindən adadakı qotik binaların ən yaxşı nümunələrindən birini təmsil edən əsər olaraq təsvir edilmişdir. Tikili 14-cü əsrdə, Kipr krallığı dövründə inşa edilmiş və Müqəddəs Yekaterina kilsəsi adlandırılmışdır. 1570-ci ildə Lefkoşanın Osmanlılar tərəfindən fəthindən sonra bura məscidə çevrilmişdir. Buraya tarixən "Ağalar camisi" deyilirdi. Çünki burada tez-tez onun ətrafında yaşayan türk yerli aristokratları rastlaşırdılar. Məscid Kirlizade küçəsində yerləşir.
Heydərxanlı məscidi
Heydərxanlı məscidi — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində yerləşən XV əsrə aid məscid. Babək rayonunu Cəhri kəndində zəmanəmizədək beş məscid binası gəlib çatmışdır. Bu məscidlərdən bəzisi yarımuçuq vəziyyətdə olsa da nisbətən salamat qalanları da olmuşdur. Ancaq onlardan sovet hakimiyyəti illərində təsərrüfat məqsədilə anbar kimi istifadə olunmuşdur. Belə məscidlərdən biri kənd əhalisi arasında "Heydərxanlı məscidi" kimi tanınan məsciddir. Kəndin mərkəzində, Heydərxanlı məhəlləsində yerləşən bu məscidin divarları kvadrat formalı çiy kərpicdən inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Məscid qoşa mehrablıdır. Qeyd etmək lazımdır ki, Naxçıvan bölgəsində qoşa mehrablı məscidlərə demək olar ki, rast gəlinməmişdir. Sovet hakimiyyəti illərində Heydərxanlı məscidindən anbar kimi istifadə edilmişdir. Son illərdə bura taxıl yığılırdı.
Hisar məscidi
Hisar məscidi (digər adı ilə Yaqub Bəy Məscidi və ya Molla Yaqub Məscidi) — İzmirin Konak ilçəsində, Kemeraltı, Kızlarağası hanı və adını verdiyi Hisarönü bölgəsi yaxınlığında məscid. Hisar Məscidinin Aydınoğulları bəyliyinin Osmanlı hakimiyyətindən asılı düşməsindən 150 il sonra Aydınoğulları nəslindən olan Özdemiroğlu Molla Yaqub Bəy tərəfindən tikdirildiyi qəbul edilir. Hicri təqvimlə 1006, Miladi təqvimlə 1597/1598-ci ildə inşa edilən məscid İzmirin tarixi və ən böyük məscididir. Araşdırmalara görə məscid 1402-ci ildə Teymuri İmperiyasının qurucu lideri, Teymurun ələ keçirdiyi və dağıtdığı İzmir Liman qalasının dağıntıları üzərində qurlub. Bu qala 1231–1235 illərində limanın girişində inşa edilmişdi. 1671–1672-ci illərdə İzmirə gələn Övliya Çələbi həm Kadifekalenin, həm də bu qalanın varlığını qeyd edir. Məscidin adı Liman Qalasının aşağı qapısının qarşısında yerləşdiyi üçün Hisar Məscidi idi. Məscidin mehrabı üçlüdür və italyan təsirini daşıyır. Bu xüsusiyyəti ilə üç mehrablı nadir məscidlər arasındadır. Bu məscidin banisinin üç nəfərdən ibarət olması ilə əlaqələndirilir.
Hüseyniyyə məscidi
Hüseyniyyə məscidi və ya Tatlar məscidi — Azərbaycanın Gəncə şəhərində yerləşən məscid. Məscidin 1303-cü (1886) ildə tikildiyi mehrabındakı kitabədə göstərilmişdir. Abidənin mehrabında hələlik yaxşı oxunan üç kitabə var. Qara yazıların yerliyi qızılı rəngdədir. cənub, qərb və Şərq istiqamətində olan divar kitabələrinin yazı tərzinin bir nəfərə məxsus olduğunu xəttin eyni qurluşa malikliyiylə müəyyənləşdirmək mümkündür. Minbərin qərb tərəfindəki kitabənin, birinci iki xətti ərəb və sonradan gələn sətirlər Azərbaycan dilindədir. Birinci və ikinci xətlərdə deyilir ki, abidənin mehrabını təbrizli müəllim, elmə qiymət verən Axund Molla Əsədulla oğlu 1321-ci (1906) ildə yazılarla bəzəmişdir. Azərbaycan dilində olan bu yazı bir bənd bu şerdən ibarətdir: Binanın içərisində mehraba yaxın divarın qərb hissəsində, indi suvağın altında qalan nəbati ornamentlər olmuşdur. Ornamentlərin olması, pəncərələrin böyüklüyü abidənin məscid deyil, mədrəsə, mehmanxana məqsədilə tikildiyini söyləməyə əsas verir. Çünki Şərqdə dini abidələri nəbati ornamentlərlə bəzəmək qadağan idi, lakin bu binadan uzun müddət məscid kimi istifadə edilmişdir.
Kalan məscidi
Kalan məscidi (özb. Masjidi Kalon, fars. مسجد کلان‎ — Ulu məscid) — Buxaradakı (Özbəkistan) əsas cümə məscididir. Orta Asiyada qorunub saxlanılan Cümə məscidlərindən Bibixanım məscidindən sonra ikinci ən böyük məsciddir. Tutumu 12000 nəfərdir. Arxeoloji araşdırmalara görə, indiki məscidin altında daha iki qalığı var. Qalıqlardan biri Arslan xanın (1102—1130) binasıdır. Arslan xan məscidi mövcud bina ilə eyni ölçülərə sahib idi. 1399-1404-cü illərdə Səmərqənddəki Bibixanım məscidi tikilənə qədər Mavəraünnəhrdə ən böyük məscid idi. İkinci məscid XII əsrin I rübündən XIV əsrin ortaları qədər, eyni tipdə idi, ancaq tamamilə kərpicdən düzəldilmişdi.
Kerç məscidi
Kerç məscidi — Kerç şəhərində Puşkin, 8 ünvanında yerləşir. Məscid 1850-ci ildə inşa edilmişdir. Memarlıq abidəsidir. Məscidin inşası barədə əmri Novorossiysk və Bessarabiya general-qubernatoru Mixail Vorontsovun 1839-cu ildə Kerç yaxınlığında müsəlmanlardan ibarət şəhər ətrafı yaşayış yeri tikdirmək qərarı verilir. Burada sakinlər 25 il müddətinə vergilərdən və hərbi çağırışlardan azad ediilir. Forstadtın daxilində bir məscid tikilməsinə qərarı verilmişdir. Bunun tikintisi üçün 1428 rubl gümüş pul ayrılır. Lakin bu büdcə məscid tikmək üçün yetərli olmur. 1842-ci ildə Kerç meri Zaxar Xerxeulidze məscidin tikintisi üçün inşaat komissiyası qurur. Komissiyaya tacir və pravoslav xeyriyyəçi Vasili Yakovleviç Quşçin rəhbərlik edirdi.
Keyqubad məscidi
Keyqubad məscidi — Şirvanşahlar saray kompleksinin yuxarı həyətində, Şirvanşahların saray binasının arxasında, Seyid Yəhya Bakuvi türbəsinin qarşısında yerləşən məscid. Məscid sifarişçisi olan Şirvanşah I Keyqubadın (1317–1348) adı ilə adlandırılmışdır. Binanın dəqiq tikilmə tarixi və funksiyası mübahisə mövzusudur. Şamil Fətullayev-Fiqarov qeyd edir ki, Keyqubad məscidi daha qədim binanın bünövrələri üzərində qurulmuşdur. Məscid 1918-ci il hadisələri zamanı ermənilər tərəfindən yandırılaraq məhv edilmişdir. Məscid düzbucaqlı ibadət zalından və onun önündəki kiçik dəhlizdən ibarətdir. Zalın mərkəzində gümbəzi saxlayan dörd sütun olmuşdur. Məscidin düzbucaqlı planına vestibüllə birlikdə portal birləşirdi. Məqbərəyə girişlə yanaşı ibadətgah zalının cənub divarında mehrab yerləşirdi. Binanın dəqiq tikilmə tarixi və funksiyası mübahisə mövzusudur.
Keşlə məscidi
Şah Abbas məscidi və ya Keşlə məscidi — Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən tarixi məscid binasıdır. Keşlə məscidi xaricdən hər tərəfi 12 metr uzunluğa malik olan kvadrat formasına malikdir. Məscidin planı Abşeron məscidləri üçün xarakterik olan sxemi təkrarlayır: binanın mərkəzində günbəzlə örtülmüş əsas zal yerləşdirilmiş, onun dörd tərəfində isə zala bitişəntağ-tavan örtüklü kiçik otaqlar tikilmişdir. Həmin kiçik otaqlar planın kvadrat xarakteri almasını təmin edir. Memar, portalın bölünməsini binanın ümumi həcminin bölünməsi ilə əlaqələndirməyə çalışmışdır. Bunun üçün Abşeron memarların hələ Divanxana binasından məlum olan, bina karnizinin portal çərçivəsinin davamı olması üsulundan istifadə olunmuşdur. Məscidin planı Mərdəkandakı Tuba Şahi məscidinin (1481) planı ilə oxşarlıq təşkil edir. Hər iki binanın planında əsas fərq məscidlərin girişinin təşkilindədir. Tuba Şahi məscidində giriş önə çıxarılaraq qabarıq həcm şəklində həll edilsə də, Keşlə məscidinin girişi binanın həcmi daxilində həll edilmiş və şimal-şərq künc otağını təşkil etmişdir. Binanın dəqiq planlaşdırması onun fasadlarının aydın inşasına uyğundur; Giriş portalı və günbəz tikilinin düz divar səthləri ilə kontrast təşkil edir.
Konak məscidi
Konak məscidi (türk. Konak Camii) və ya Yalı məscidi — İzmirin Konak ilçəsində, Konak Meydanında, hökumət sarayı qarşısında yerləşən məscid. 18-ci əsrdə klassik Osmanlı memarlığı üslubunda tikilmiş firuzəyi plitələrlə bəzədilmiş məscid Konak Meydanı ilə eyniləşdirilmiş bir tikilidir. Məscidin yanında İzmir saat Qülləsi və 15 May 1919-cu ildə Yunanlar tərəfindən şəhid olan Həsən Təhsin üçün qurulan "İlk kuşun" abidəsi yerləşir. Məscidin hansı tarixdə, kim tərəfindən tikildiyi barədə dəqiq bir məlumat yoxdur. Tikildiyi dövrdə dəniz kənarında yerləşdiyinə görə "Yalı" adını aldığı deyilir. Bəzi mənbələrdə məscidin tikinti tarixi 1755-ci il olaraq verilmişdir. Bəzi mənbələrdə isə məscidin 1774-cü ildə İzmir ayanı Katipzade Mehmet Paşanın həyat yoldaşı Ayşe Xanımın yanında bir mədrəsə ilə birlikdə inşa etdiyi bildirilir. Katipzadeler ailəsinin əcnəbilərlə də yaxın əlaqələri olduğu bilindiyindən "İngilis Ayşe Məscidi" olaraq da tanınır. Məscidin yanında yerləşdiyi düşünülən mədrəsə isəgünümüzə gəlib çatmamışdır.